SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Həmsədrləri təmas xəttindədirlər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) cəbhə bölgəsinə gediblər.


APA-nın məlumatına görə, bu gün səhər Bərdə rayonuna gələn diplomatlar rayon İcra Hakimiyyətində görüş keçirdikdən sonra Tərtərə yollanacaqlar. Onlar Tərtər rayon İcra Hakimiyyətində də görüş keçirdikdən sonra Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqi izləyəcəklər. Monitorinq zamanı onların təmas xəttinin qarşı tərəfinə keçməsi planlaşdırılır.

Qeyd edək ki, həmsədrlər sentyabrın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb, “Azərbaycan Respublikasının Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvləri ilə görüşüblər.

Onların bu gün Xankəndində, sabah isə İrəvanda görüşləri nəzərdə tutulur.

Fransalı vasitəçi B. Fasie səfərin yekununa dair bəyanatla çıxış edəcəklərini bildirib.



10:17 08/09 | 90 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Həmsədrləri təmas xəttindədirlər | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur