İspaniyanın futbol millisi daha bir mükafata layiq görülüb.İspan futbolçular Avro-2008 və DÇ-2010-un qalibi olduqlarına görə, İspaniya və Asturiya şahzadəsinin xüsusi mükafatı ilə təltif olunublar.
Qeyd edək ki, bu mükafat hər il İspaniyada mədəniyyət, ədəbiyyat, elm və digər sahələr üzrə 8 istiqamətdə verilir.
Mükafatların verilməsində şahzadə Felipenin özü şəxsən iştirak edir. Mərasim ənənəyə uyğun olaraq payızda Ovyedoda keçirilir.
Qeyd edək ki. ötən il idman sahəsində bu mükafata ikiqat olimpiya çempionu Yelena İsinbayeva layiq görülüb.