SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Bakıda Regional Rabitə Birliyinin toplantısı keçirilir

Cari ilin oktyabr ayında Meksikada radiotezliklərə dair tədbir keçiriləcək və orada hazırlıq məsələləri də bugünkü tədbirdə müzakirə olunacaq.

 


Bakıda Radiotezliklərin istifadəsinin tənzimlənməsi, radioelektron vasitələrinin elektromaqnit uzlaşması və TV-səs yayımı, peyk rabitəsi üzrə Regional Rabitə Birliyinin (RRB) komissiyalarının birgə 29/35-ci iclası keçirilir.Tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkənin İKT sektorundan ətraflı məlumat verib və qeyd edib ki, hazırda sözügedən sahə prioritet sayılır və sürətlə inkişaf etdirilir: «Ümumiyyətlə, ölkədə rabitə və informasiya texnologiyaları sektorunun bütün sahələri inkişaf edir. Hazırda ölkədə telefonların elektronlaşdırılması, televiziya kanallarının rəqəmsal yayıma keçirilməsi, poçt xidmətlərinin inkişafı və s. işlər aparılır. Ölkədə hər 100 nəfərdən 94-ü mobil rabitə istifadəçisidir».İ.Məmmədov həmçinin 2012-ci ildə Azərbaycanda ilk milli süni rabitə peykinin orbitə buraxılması, «e-hökumət» kimi layihələrdən məlumat verib və qeyd eidb ki, sözügedən işlər plana uyğun olaraq davam etdirilir.Nazir müavini həmçinin bildirib ki, cari ilin oktyabr ayında Meksikada radiotezliklərə dair tədbir keçiriləcək və orada hazırlıq məsələləri də bugünkü tədbirdə müzakirə olunacaq.Qeyd edək ki, üç gün davam edəcək tədbirin gündəliyinə zəmanət sənədlərinin hazırlanması barədə komissiyanın fəaliyyəti, MDB ölkələri üzrə tezlik bölünməsinin «Ümumi Cədvəli»nin hazırlanması barədə ekspert qrupunun işinin nəticələrinə baxılması, 29 MHs-dən yuxarı tezlik zolağında tezlik mənimsənilməsinin koordinasiyası üzrə zəmanətlər RRB ölkələrində rəqəmsal yayımın tətbiqinin gedişinin müzakirəsi, 2012-ci ildə Radiorabitənin Ümumdünya Konfransına RRB-nin hazırlığı barədə məsələlər daxildir.Həmçinin, iclas iştirakçıları RRB ölkələrində peyk rabitəsinin inkişafının aktual istiqamətlərinin öyrənilməsi ilə bağlı və keçmiş SSRİ ərazisində uzun və orta dalğa diapazonunda sinxron səs yayımı şəbəkəsinin radiotezlik ehtiyatlarının bölünməsi məsələlərini müzakirə edəcək.Xatırladaq ki, sözügedən tədbirlə paralel olaraq RRB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 23-cü və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə iş üzrə işçi qrupunun 4-cü iclası keçirilir. Tədbirlərdə əsasən 2010-cu ildə ITU-nun elektrorabitənin inkişafı barədə Beynəlxalq Konfransının nəticələri (ÜRK-10), ITU-nun 2010-cu ildə gözlənilən Tamhüquqlu Konfransına və ITU-nun 2012-ci il forumalarına (elektrorabitənin stansartlaşdırılması barədə Ümumdünya Assambleyası və beynəlxalq elektrorabitə üzrə Ümumdünya Konfransı) hazırlıq barədə Zonalararası əməkdaşlığın işində ortaya çıxan suallar müzakirə olunur.




15:11 07/09 | 121 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bakıda Regional Rabitə Birliyinin toplantısı keçirilir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur