SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Məşhur türk müğənnisi Doğuş bəladan qurtardı
Doğuş qaldığı otelin yaxınlığındakı qayalıqlarda huşsuz halda tapılıb
 
 
 


Məşhur türk müğənnisi Doğuş Kiprdə qaldığı otelin yaxınlığındakı qayalıqlarda huşsuz vəziyyətdə tapılıb. Oteldən saat 14:00-da çıxan müğənnidən saat 22:00 radələrinədək səs-soraq çıxmayıb. Sənətçi bir ailə tərəfindən qayaların altındakı qumluqda yarı huşsuz vəziyyətdə tapılıb. Özünə gəldikdən sonra Doğuş onun köməyinə çatan ailəyə menecerinin nömrəsini verib. Hadisə yerinə çağırılan təcili yardım maçını qayalıqlardan aşağı enə bilməyib, bu səbəbdən ifaçı xərəyə bağlanaraq yuxarı qaldırılıb.  Xəstəxanadan öz istəyiylə çıxdığını bildirən müğənni yaşadığı hadisəni belə anladıb: "Qayalıqlarda uyğun bir yer taparaq dincəlmək istədim. Son xatırladığım şey odur ki, qayalıqlardan tullandım. Sonra başımın üstündə bir kişini məni oyandırmasından başqa heç nə xatırlamıram. Başımdakı yara və şişə görə deyə bilərəm ki, tullananda başımdan zədə alıb huşumu itirmişəm. Bu hadisədə ölməmişəmsə, deməli daha mənə zaval yoxdur. Allah məni sizlərə və bütün sevənlərimə bağışladı".



13:57 06/09 | 197 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Məşhur türk müğənnisi Doğuş bəladan qurtardı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox ŞOU-BİZNES
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: ŞOU-BİZNES:
Pamela Andersonun donu əynindən sürüşüb!


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur