SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Milli Qəhrəmanlarının ailə üzvlərinə verilən təqaüdlər 20 manat artırılıb
Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvlərinə verilən təqaüdlər 20 manat artırılıb.

Ailə başçısını itirməyə görə iki və daha çox ailə üzvü pensiya alırsa, birinci ailə üzvünə pensiyanın baza hissəsinin 100 faiz, digər ailə üzvlərinə isə (yalnız hər iki valideyni itirmiş yetim uşaqlar istisna olmaqla, onlara 100 faiz ödənilir) 50 faiz məbləğində ödənildiyi üçün onların pensiyasının baza hissəsinə 5 manat artım olacaq. Belə şəxslərin sayı respublika üzrə 87 min 675 nəfərdir.

AzərTac-ın məlumatına görə, Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artıb. Hazırda belə pensiya alanların sayı isə 78 nəfərdir. Onların pensiyasının baza hissəsi hər bir ailə üzvi üçün 150 manatdan 170 manata artırılıb. Hazırda 19 min nəfərdən çox şəhid ailə üzvü pensiya alır. Bu artımadək onların da pensiyasının baza hissəsi 138 manat 75 qəpik idisə, indi 157 manat 25 qəpik olacaq. Yəni onların pensiyası 18 manat 50 qəpik artırılıb.
Böyük Vətən Müharibəsi əlilləri istisna olmaqla, I qrup müharibə əlillərinin pensiyalarının baza hissəsi 20 manat artaraq 150 manatdan 170 manata, II qrup müharibə əlillərində 17 manat artaraq 127 manat 50 qəpikdən 144 manat 50 qəpiyə, III qrup müharibə əlillərinin pensiyası 15 manat artaraq 112 manat 50 qəpikdən 127 manat 50 qəpiyə çatacaq.



11:02 04/09 | 162 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Milli Qəhrəmanlarının ailə üzvlərinə verilən təqaüdlər 20 manat artırılıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur