Mitinqdə terror aktı törədilib, 43 nəfər həlak olub
Mitinq fələstinlilərə dəstək məqsədilə keçirilib.
Sentyabrın 3-də Pakistanın şimal-qərbindəki Bəlucistan əyalətinin mərkəzi olan Kvetta şəhərində şiələrin mitinqi zamanı terror aktı törədilib.Törədilmiş partlayış nəticəsində ən az 43 nəfər həlak olub, 100 nəfərədək insan isə xəsarət alıb. Mitinq fələstinlilərə dəstək məqsədilə keçirilirmiş. Terror aktının kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Faciə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev də Pakistan prezidenti Asif Əli Zərdariyə başsağlığı verib.
20:26 03/09 | 82 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Mitinqdə terror aktı törədilib, 43 nəfər həlak olub | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun