SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Nardaranda Ermənistan, İsrail, ABŞ və Böyük Britaniyanın bayraqları yandırıldı
Bakının Nardaran qəsəbəsində beynəlxalq “Qüds günü” münasibətilə mitinq keçirilib.



Aksiyada çıxış edən kənd sakini Hacı Əli Hüseynov “Qüds günü”nün əhəmiyyətindən danışıb, Qarabağın azadlığının Qüdsdən keçdiyini deyib. Hacı Əlikram Əliyev dünya müsəlmanlarını və azərbaycanlıları ABŞ-a və beynəlxalq sionizmə qarşı birləşməyə çağırıb. Hacı Hacıağa Nuri çıxışında deyib ki, sionizm hu gün bütün sivil dünya qarşısında nüfuzunu itirib. Azərbaycan cəmiyyətində də İsrailə və sionizmə qarşı nifrət oyanıb. O, Qarabağ probleminin Fələstin münaqişəsi ilə oxşar olduğunu qeyd edib. H. Nuri bu gün İsrail səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərdiyinə görə saxlanılan bir qrup şəxsin təcili azadlığa buraxılmasını istəyib. Birlik Partiyasının sədri Xudu Xudiyev isə ABŞ-ı və Avropa dövlətlərini riyakarlıqda ittiham edib. Hacı Hikmət Vəliyev dünyada müsəlmanların qələbə çalacağına inandığını deyib. Məşədi Natiq Kərimov isə deyib ki, “Qüds günü” Azərbaycanda daha geniş miqyasda qeyd olunmalıdır: “Çünki oxşar problemi biz 20 ildir yaşayırıq”. Mitinqdə “ABŞ-a ölüm!”, “İsrailə ölüm!” və digər şüarlar səsləndirilib. Aksiyanın sonunda Ermənistan, İsrail, ABŞ və Böyük Britaniyanın dövlət bayraqları, İsrailin baş naziri Benyamin Netenyahunun müqəvvası yandırılıb.




18:48 03/09 | 83 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Nardaranda Ermənistan, İsrail, ABŞ və Böyük Britaniyanın bayraqları yandırıldı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur