Hadisə sentyabrın 2-də Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində baş verib.
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Hadisə sentyabrın 2-də Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində baş verib. Kürdəmir rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci il təvəllüdlü Abdullayev Cavad Aydın oğlu xəstəlikdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, əsgər C. Abdullayevin ölümü ilə nəticələnən xəstəliyin səbəbləri həkim tibbi ekspertizası tərəfindən araşdırılır.
17:30 03/09 | 203 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Milli ordu daha bir əsgərini itirdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun