Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilib.
Məlumatı Rusiyanın İTAR-TASS agentliyi yayıb. Universitetin rektoru Abel Məhərrəmov bildirib ki, Dmitri Medvedev təhsilin və Rusiya-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu fəxri ada layiq görülüb. Dmitri Medvedev BDU rəhbərliyinin qərarını belə qiymətləndirib: “Həmişə fəxri doktor adı alanda düşünürsən ki, təqaüdə çıxıb işsiz qalanda ən azı qonaq gəlmək və mühazirələr oxumaq üçün yeni imkan yaranır. Məni dəvət etsələr, bizim siyasi münasibətlərimizi, bir çox siyasi hadisələri necə qəbul etdiyim barədə danışmaq üçün mütəmadi olaraq gəlməyi öhdəmə götürürəm”. Dmitri Medvedev bildirib ki, Rusiya və Azərbaycan çoxillik xoşməramlı, qardaşlıq əlaqələri tarixinə malikdir: “Biz gələcəkdə də sıx qarşılıqlı əməkdaşlıq etməli, bir-birimizi öyrənməliyik”.
17:13 03/09 | 81 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Rusiya prezidenti BDU-nun fəxri doktoru oldu | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun