SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
HƏMAS İsrailə müharibə elan etdi

Qəzzada mətbuat konfransı keçirən HƏMAS silahlılarının rəhbəri Əbu Ubeyd deyib ki, o, İsrailə müharibə elan edən 13 Fələstin fraksiyasını təmsil edir.



Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbasın Vaşinqtonda İsrail baş naziri Benyamin Netenyahu ilə sülh danışıqlarına başlamasına HƏMAS sərt reaksiya verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Benyamin Netenyahunun işğal olunmuş Fələstin torpaqlarında yəhudi yaşayış məskənlərinin salınmasını dayandırmamağa söz verməməsi fonunda Mahmud Abbasın danışıqlara başlamasını satqınlıq sayan HƏMAS İsrailə müharibə elan etdiyini bildirib. Qəzzada mətbuat konfransı keçirən HƏMAS silahlılarının rəhbəri Əbu Ubeyd deyib ki, o, İsrailə müharibə elan edən 13 Fələstin fraksiyasını təmsil edir: “Bu qruplar istənilən yerdə və istənilən vasitələrlə israillilərə zərbə endirəcək. Kamikadze hücumları da bu sıradadır”. Əbu Ubeyd Xevron və Ramallahda 4 israillinin öldürülməsi məsuliyyətini də HƏMAS-ın öz üzərinə götürdüyünü bildirib. O, HƏMAS-ın ABŞ prezidenti Barak Obamanın sərt çıxışından da narahat olmadığını söyləyib.




16:25 03/09 | 104 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
HƏMAS İsrailə müharibə elan etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox DÜNYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: DÜNYA:
Abdullah Gül İsrailə axşamadək vaxt verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur