Maykl Duqlas xərçəng xəstəliyinə qalib gələcəyinə hələ ümidini itirməyib
Maykl Duqlas xəstəliyin 4-cü, yüksək inkişaf mərhələsində olmasına baxmayaraq, boynunun digər hissələrinə doğru yayılmadığını qeyd edib və xəstəliyə qalib gəlmək yönündə ümidini itirmədiyini dilə gətirib. Xərçəng xəstəliyinə hədsiz siqaret çəkdiyi, içki içdiyi üçün tutulduğunu bildirən Maykl Duqlas hər şeyin boğazında hiss etdiyi bir ağrı ilə başladığını söyləyib. Makl Duqlasın aktrisa xanımı Katerina Zeta-Cons isə ərinə erkən diaqnoz qoymayan həkimlərin ünvanına sərt ifadələr işlədib: “Mayklın kimyəvi terapiya zamanı gücünü itirdiyini görəndə dayana bilmirəm. Ən çətin olan məsələ ərimin yorğun düşməsidir, çünki o, heç vaxt yorulmazdı”.10 ildir ki, evli olan cütlüyün Daylan (10 yaş) və Keris (7 yaş) adlı 2 uşağı var.
16:09 03/09 | 156 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Hollivudun məşhur ulduzu əldən gedir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun