FHN:“Neft-kimya müəssisələrində fövqəladə halların qarşısını almaq üçün bütün imkanlara malikik”
Nazirliyin qüvvələri mütəmadi olaraq ARDNŞ və onun strukturları ilə birgə bu cür hadisələrin qarşısının alınması mövzularında təlimlər keçir.
Fövqəladə Hallar Nazirliyi neft və neft-kimya müəssisələrində baş vermə ehtimalı böyük olan fövqəladə halların qarşısını almaq üçün bütün imkanlara malikdir.Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bildirib. F. Əsədov qeyd edib ki, nazirliyin qüvvələri mütəmadi olaraq ARDNŞ və onun strukturları ilə birgə bu cür hadisələrin qarşısının alınması mövzularında təlimlər keçir. Bu da öz növbəsində şəxsi heyətin bacarığının artırılmasına xidmət edir: “Kimya müəssisələri yanğın baxımından təhlükəli olduğundan biz hər il bir neçə dəfə burada taktiki təlimlər keçiririk. Bu gün FHN və onun tərkibinə daxil olan Yanğından Mühafizə Xidmətinin texniki imkanları burada baş verə biləcək yanğının qarşısını vaxtında almağa imkan verir”.
14:33 03/09 | 117 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
FHN:“Neft-kimya müəssisələrində fövqəladə halların qarşısını almaq üçün bütün imkanlara malikik” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun