SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Bu gün Rusiya prezidenti rəsmi qarşılanıb
Azərbaycanda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub.


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşılayıblar. Azərbaycanın dövlət və hökumət nümayəndələri D. Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunublar. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü başlayıb. Danışıqları açıq elan edən prezident İlham Əliyev gündəliyin kifayət qədər zəngin olduğunu söyləyib: “Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda ki, bizim müzakirə edəcək mövzularımız var”.Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edib. Dmitri Medvedyev Azərbaycan prezidentinin bu dəyərləndirməsi ilə razılaşıb: “Ümidvaram ki, biz ikitərəfli münasibətlərimizin mövcud durumunu, regional gündəmi, beynəlxalq məsələləri müzakirə edə biləcək və mühüm sənədlər imzalayacağıq. Bizim təkcə Bakı və Moskvada deyil, digər sammitlər zamanı da mütəmadi görüşlər keçirməyimiz uzun illər davam edəcək sıx, şəffaf və dostluq münasibətlərinin əsasıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük”.



13:23 03/09 | 170 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Bu gün Rusiya prezidenti rəsmi qarşılanıb | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur