SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Dünyada ilk sürücülük vəsiqəsi...
Uzun müddət benzin avtomobilləri ilə rəqabətə girərək tədqiqatlar aparan ixtiraçılar arasında fransız ixtiraçısı Leon Serpollenin də adı var.

Qeyd etmək lazımdır ki, onda bu rəqabət kifayət qədər uğurlu alınıb, hətta çox vaxt o, öz eksperimentlərində böyük nailiyyətlər qazana bilib. Öz buxar maşınlarını düzəldərkən Serpolle bir çox maraqlı və ağıllı həll variantları tapmağa nail olub.

Onun yaratdığı məhsullar isə müəyyən dövrdə böyük tələbat doğuraraq, avtomobil texnikası tarixinə parlaq və özünəməxsus səhifələrlə həkk olunub. 17 yaşında olarkən o, bu qənaətə gəldi ki, buxar qazanını əyilmiş borular sistemi ilə əvəz etmək olar. Bu həm buxarın alınması prosesini sürətləndirməyə, həm də suya qənaət etməyə imkan yaratmalı idi. Bu cür əyri boruları olan və odluğun köməyi ilə qızdırılan maşının modelini hazırlamaqla ixtiraçı bu fikrinin haqlı olduğunu təsdiqlədi. Məhz həmin vaxt buxarla işləyən ekipaj düzəltmək ideyası onun düşüncəsinə hakim kəsildi. 1887-ci ildə Serpolle buxar maşını üzərində işini başa çatdırdı. Rama qismində üçtəkərli velosipeddən istifadə edilmiş, onun üzərində kömürlə qızdırılan əyri borulu yastı buxar “qazanı” ilə birlikdə buxar mühərriki quraşdırılmışdı. Amma bu konstruksiya ixtiraçını qane etmədi və o, işi başa çatdıran kimi dərhal yeni konstruksiya üzərində işləməyə başladı. Bu dəfə o, ikiyerlik ekipaj düzəltdi.
Bu ekipajın sınağı avtomobil istehsalı tarixinin maraqlı səhifələrindəndir. Məsələ ondadır ki, Serpollenin emalatxanası insanların sıx yaşadığı rayonda – Monmartrda, Sakre-Ker kilsəsinin yaxınlığında yerləşirdi. Öz ekipajı ilə küçədə gündüz vaxtı hərəkət etməyə Serpolle cəsarət etmirdi, çünki öz xarici görkəmi və səs-küylü qəribə maşını ilə parisliləri qorxuda bilərdi. Buna görə də o, ekipajla emalatxanadan gecələr çıxır, dar küçələrlə Sena çayına doğru enir, sonra geri qayıdırdı. Bununla belə, gecələr yoldan keçənlərin əmin-amanlığını qorumağa borclu olan polislər öz vəzifələrini icra edərək ixtiraçının “gecə səfərlərinə” qarşı qətiyyətlə mübarizə aparmağa başladılar və sonda bu “səfərləri” sadəcə olaraq qadağan etdilər.
Nəinki gecələr, həm də gündüzlər Paris küçələrində öz ekipajı ilə hərəkət etmək hüququ qazanmaq üçün Serpolle bir çox bürokratik maneələri dəf etməli oldu. Çünki o hər bir səfərdən əvvəl xüsusi icazə üçün polisə müraciət etməli olurdu. Bu zaman məsələ araşdırılır və ixtiraçının ekipajla küçəyə çıxmasına ya icazə verilir, ya da onun müraciəti rədd edilirdi. Bir neçə gündən sonra bu proses yenidən təkrarlanırdı.


Nəhayət, bu bürokratiya oyunu polisin özünü də bezdirdi və Serpolle öz ekipajı ilə Paris küçələrinə çıxmaq üçün daimi icazə aldı. Mahiyyət etibarı ilə həmin bu kağız... dünyada ilk sürücülük vəsiqəsi idi.



10:24 03/09 | 211 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Dünyada ilk sürücülük vəsiqəsi... | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox TEXNOLOGİYA
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: TEXNOLOGİYA:
Hər səhv yazılan ünvan “Google”-a 500 milyon dollar qazandırır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur