Azərbaycanın Lənkəran rayonunda silahlı insident baş verib.
Hadisə sentyabrın 3-də saat 00.15 radələrində rayonun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinə yığışmış yerli sakinlərə “Vinçestr” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1963-cü il təvəllüdlü Elşad Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı Lənkəranın hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.
08:47 03/09 | 97 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Lənkəranda silahlı insident baş verib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun