Azərbaycanda Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək. Nazirlər Kabinetindən bildirilib ki, qeyd olunan tarixlər qeyri-iş günü hesab edilir. Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Qafqaz Müsəlmanları İdarəsindən alınan məlumata əsasən Nazirlər Kabineti Ramazan bayramının sentyabrın 9-10-da qeyd edilməsi barədə qərar qəbul edilib. Qurban bayramı noyabrın 16-17-də qeyd ediləcək. Bu tarixlər də qeyri-iş günü hesab edilir.
19:19 02/09 | 114 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Ramazan bayramı sentyabrın 9-10-da qeyd ediləcək | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun