Azərbaycan ordusunun daha bir əsgəri dünyasını dəyişib.
Hadisə dünən baş verib. Abşeron rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Sadıqov Tacəddin Nurəddin oğlu avqustun 10-da xidmət etdiyi, Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədən qaçıb. Valideynləri onu xidməti yerinə geri qaytarmaq istədikdə isə əsgər sirkə turşusu içərək özünü öldürmək istəyib. O, valideynləri tərəfindən avqustun 23-də Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Əsgər ötən gün dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intiharın səbəbləri araşdırılır.
18:07 02/09 | 57 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Milli Ordunun əsgəri intihar etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun