Azərbaycan, Türkiyə və İranın XİN başçıları görüşəcək
Azərbaycan, Türkiyə və İran sərhədinin kəsişmə nöqtəsində bu ölkələrin xarici işlər nazirlərinin üçtərəfi görüşünün keçirilməsi planlaşdırılıb.
“Zaman” qəzeti yazır ki, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məlumat verib. “Yaxın aylarda Azərbaycan-İran-Türkiyə sərhədinin kəsişmə nöqtəsində görüş keçirməyi planlaşdırırıq. Bu istiqamətdə hazırlıq işləri gedir”, - deyə Davudoğlu bildirib. Türkiyənin XİN rəhbərinin sözlərinə görə, görüşdə məqsəd ölkələr arasında üçtərəfli əməkdaşlığın gücləndirilməsindən ibarətdir. “Bu məntəqədə (üç ölkə sərhədinin kəsiyində) Azərbaycan Türkiyə arasında buraxılış məntəqələri mövcuddur, biz həmçinin İranla buraxılış məntəqəsinin açılması barədə danışıqlar aparırıq", - deyə Davudoğlu qeyd edib. O, vurğulayıb ki, Azərbaycana qarşı işğalçı siyasətinə son qoyduqdan sonra Ermənistan da regional və iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensial imkanlardan istifadə edə bilər.
17:33 02/09 | 51 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Azərbaycan, Türkiyə və İranın XİN başçıları görüşəcək | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun