İki gün əvvəl Türkiyəyə gedən xalq şairi cərrahiyə əməliyyatı olunur.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Türkiyədə cərrahiyyə əməliyyatı olunur. Bu barədə şairin qızı Günay Yaqublu məlumat verib.O bildirib ki, iki gün əvvəl Türkiyəyə gedən Zəlimxan Yaqub Türkiyənin “Amerikan” xəstəxanasına yerləşdirilib. Şairin həkimi cərrahiyyə əməliyyatını bu günə təyin edib: “Hazırda əməliyyat gedir. Həkimlər onun böyrəyindəki yeni aşkarlanmış şişi götürməlidirlər. Atam bu il ikinci dəfədir, cərrahiyyə əməliyyatı olunur”. G. Yaqublu deyib ki, qardaşı da atası ilə birgə Türkiyəyə gedib. Xatırladaq ki, ötən ilin sonlarında Türkiyədə xalq şairinin bir böyrəyi çıxarılıb. Bundan bir qədər əvvəl şair Almaniyada ürəyindən cərrahiyə əməliyyatı keçirmişdi. 2010-cu ilin martında isə Y. Yaqub Bakıda ayağından əməliyyat olunub.
16:38 02/09 | 129 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Zəlimxan Yaqub xəstəxanaya yerləşdirildi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun