SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
MDB ölkələri bank sistemlərini inkişaf etdirmək niyyətindədir

MDB-nin maliyyə institutları böhrandan sonra fərqli tənzimləmə mühitində fəaliyyət göstərəcək, çünki böhran bank sistemlərinə müxtəlif dərəcədə təsir edib.



MDB-nin Maliyyə-Bank Şurası və «İnterfaks» Qrupu tərəfindən «Birlik ölkələrinin bank sistemləri – 2005-2009» adlı analitik məcmuə çapa hazırlanır.Məcmuənin oktyabrın 20-23-də Bakıda «Maliyyə institutları – MBD ölkələrinin iqtisadiyyatlarının struktur modernləşməsinin əsası» adı altında keçiriləcək III Beynəlxalq Konfransın açılışına həsr edilməsi nəzərdə tutulur.
Məcmuənin «MDB bankları dəyişikliklərin astanasında» adlı məqaləsində «İnterfaks» Qrupunun korporativ inkişaf üzrə direktoru Mixail Matovnikov MDB ölkələrinin bank sistemlərinin son 5 il ərzində inkişaf prosesini təhlil edir. O cümlədən, müəllif bank sistemlərinin aktivlərinin artım templərini də göstərərək qeyd edir ki, Azərbaycan bank sistemi Birlik ölkələrinin şərtsiz liderdir. Belə ki, ölkədə ÜDM-in onsuz da yüksək artım templəri fonunda (son 5 ildə Azərbaycanda ÜDM dollar ifadəsində 5 dəfə artıb) bank sisteminin aktivləri dollar ifadəsində 6 dəfə artıb. Ümumilikdə, bütün MDB ölkələrində bank sistemlərinin artım templəri ÜDM-in artım templərini qabaqlayıb. Lakin makroiqtisadi göstəricilərin artımı fonunda daha inkişaf etmiş bank sistemlərində ekstensiv artım imkanları tükənir. Bu vəziyyətdən təbii çıxış kimi milli bazarların sərhədlərindən xaricə ekspansiya və transsərhəd bank qruplarının yaradılması olub ki, bu da bir çox MDB banklarının strategiyalarının vacib hissəsidir. MDB ölkələri bank sistemlərinin qarşılıqlı inteqrasiyası həmin sistemlərdə xarici bank kapitalı üçün açıq siyasətin aparılması ilə paralel gedib.Məqalədə qeyd olunur ki, MDB-nin maliyyə institutları böhrandan sonra fərqli tənzimləmə mühitində fəaliyyət göstərəcək, çünki böhran bank sistemlərinə müxtəlif dərəcədə təsir edib. Məsələn, Azərbaycanda böhran çox cüzi formada hiss olunub. Rusiyada vəziyyət bir sıra ən bədbin proqnozlardan uzaq qalıb, lakin hökumət bir neçə iri kommersiya strukturlarının xilasını təşkil edib və ən iri dövlət banklarının nəzərə çarpan dərəcədə təkrarkapitallaşmasını həyata keçirib. Bütün ölkələrin tənzimləyici orqanları başa düşüb ki, bank sisteminin sürətli inkişafı tək artan imkanlarla deyil, həmçinin ölkə iqtisadiyyatı və dövlət büdcəsi ilə bağlı olan ciddi risklərlə də əlaqəlidir.Bundan başqa, problemlər maliyyə bazarının digər seqmentlərinə də təsir edib, o cümlədən bu, banklararası repo bazarına və sığorta sektoruna aiddir. Müəllifin fikrincə, bank tənzimləyiciləri hələlik normativ bazalarını təkmilləşdirir, lakin artıq məlumdur ki, geniş beynəlxalq kooperasiya qaçılmazdır. Bütün obyektiv səbəblərə görə, MDB ölkələrinin bank sistemlərinin inteqrasiyası daha da güclənəcək və bununla birgə həm yeni imkanlar, həm də spesifik risklər yaranacaq.

 
 



16:18 02/09 | 97 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
MDB ölkələri bank sistemlərini inkişaf etdirmək niyyətindədir | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur