SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Ermənistan Roman Hüseynovun əsir götürülməsi faktını təsdiqləyib

BQXK-nin Ermənistan nümayəndəliyi yaxın vaxtlarda əsirlə görüşmək üçün səy göstərir.



Ermənistan Müdafiə Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Ordusunun hərbçisi Hüseynov Roman Novruz oğlu ilə bağlı sorğusuna cavab verib.Bu barədə BQXK-nin Azərbaycan ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun çavuşu, 1985-ci il təvəllüdlü Hüseynov Roman Novruz oğlunun əsir götürülməsi faktını təsdiqləyib. İ. Hüseynova, həmçinin BQXK-nin Ermənistan nümayəndəliyinin yaxın vaxtlarda əsirlə görüşmək üçün səy göstərdiyini də əlavə edib. Qeyd edək ki, erməni mətbuatı Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynovun avqustun 27-də saat 21.00 radələrində cəbhənin şimal istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfə keçdiyini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə mətbuata açıqlamasında böyük ehtimalla R. Hüseynovun yolu azması nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Nazirlik R. Hüseynovun hansı vəziyyətdə əsir götürülməsini araşdırır.




14:27 02/09 | 113 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Ermənistan Roman Hüseynovun əsir götürülməsi faktını təsdiqləyib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox SİYASƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: SİYASƏT:
Anjey Kaspşikin mandatı uzadılıb


Xəbər Səsverməsi
Ortalama Xal: 4
Toplam Səs: 1


Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur