SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Zahid İsayev: "Azərbaycanda çörək və unun qiymətində heç bir artım yoxdur"
Dünya bazarında buğdanın qiymətinin artması Azərbaycanda çörəyin qiymətinin artmasına təsir etməyib.

Antenn.az -ın məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev jurnalistlərə aşıqlamasında bildirib.

Onun sözlərinə görə, dünya bazarında buğdanın qiymətində baş vermiş artımla əlaqədar Dövlət Xidməti tərəfindən bunun una və çörəyə olan təsirinə dair təhlillər aparılıb və müəyyən olub ki, buğdanın qiyməti ölkədə çörəyin qiymətinin artmasına təsiri yoxdur: «Dövlət Xidməti buğdanın qiymətinə daim nəzarət edir və gələcəkdə ola biləcək artımlar unun və çörəyin qiymətinə təsir edərsə, müvafiq orqanlar tərəfindən çörəyin qiymətinin artmasının qarşısını almaq üçün tədbirlər görüləcək».

Z.İsayev həmçinin bildirib ki, Dövlət Xidməti çörəyin və unun qiymətinin artmasının qarşısını almaq məqsədilə monitorinq aparıb və müəyyən olunub ki, Azərbaycan bazarında çörək və unun qiymətində heç bir artım yoxdur: «Ölkə ərazisində yüzlərlə çörək istehsalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərir və həmin obyektlər tərəfindən ən müxtəlif çəkidə və qiymətdə çörək istehsal olunub bazara çıxarılır. Qiymət artımı əsasən xırda müəssisələrdə baş verə bilər. Bu obyektlər kiçik olduğundan və onların istehsal etdiyi məhsullar geniş olmayan ərazilərdə satışa çıxarıldığından, həmin müəssisələrin çörəkləri və unları ümumi bazarda xüsusi çəkisi böyük deyil. Dövlət Xidməti çörək istehsalı ilə məşğul olan iri müəssisələr tərəfindən istehsal olunan çörək və unun monitorinqini aparıb və nəticədə heç bir qiymət artımı müşahidə olunmayıb».



13:19 02/09 | 128 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Zahid İsayev: "Azərbaycanda çörək və unun qiymətində heç bir artım yoxdur" | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur