SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
AMEA doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib
Azərbaycan Milli Elmlər Akademiyası doktoranturalar yaratmağı nəzərdə tutan ali təhsil müəssisələri ilə bağlı rəylərin hazırlanması prosesini yekunlaşdırıb.

Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. A. Həşimovun sözlərinə görə, doktoranturaların yaradılması üçün Milli Aviasiya Akademiyası, Təhsil, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Səhiyyə, Ədliyyə nazirlikləri, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, AMEA-nın bütün bölmələri onlara tabe olan təhsil müəssisələrində doktoranturaların yaradılması üçün müraciət edib.

Akademiya rəsmisi deyib ki, AMEA-nın institutlarının çoxu həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul aparılması üçün müraciət edib: “Müraciətlərin araşdırılması zamanı təhsil müəssisələrinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” əsasında doktorantura hazırlığı apara bilmək imkanının olub-olmadığını müəyyənləşdirirdik. Müəssisələrə hansı parametrlərə uyğun gəlirsə, ona uyğun kadr hazırlığının aparılması üçün müsbət rəy verilib. Bəzi məktəblərin yalnız fəlsəfə doktoru, bəzilərinə isə həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə doktorantura hazırlığı aparılmasına müsbət rəy verilib”.

A. Həşimov hazırladıqları rəyləri yaxın bir necə günlərdə Nazirlər Kabinetinə təqdim edəcəklərini söyləyib.

Qeyd edək ki, doktoranturaya sənəd qəbulunun payızda aparılması nəzərdə tutulur.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4 , dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir.



12:46 02/09 | 97 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
AMEA doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur