Çinin Yunnan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 57 nəfər itkin düşüb.
Sürüşmə nəticəsində təqribən 20 ailənin yaşadığı kiçik Vam kəndi torpaqla örtülüb.Hadisə dünən baş versə də xilasetmə işləri bir neçə saat əvvəl başlanıb. Xilasetmə tədbirlərinə təqribən 160 əsgər cəlb edilib.Hazırda xilasedicilər 11 nəfəri xilas etməyə müvəffəq olublar.