İslam Konfransı Təşkilatı mədəniyyət nazirlərinın Bakıda keçirilmiş 6-cı iclasında İraqın Nəcəf şəhəri 2012-ci ildə müsəlman mədəniyyətinin paytaxtı elan olunub.
“İslam portalı” xəbər verir ki, artıq bu qərara uyğun olaraq, İraqın Mədəniyyət Nazirliyi tədbirlərin planlaşdırılmasına və onların büdcəsinin müəyyənləşdirilməsinə başlanıb. İlk növbədə Nəfəcin bir sıra tarixi və mədəniyyət abidələrinin bərpası nəzərdə tutulur. Artıq bu məqsədlə İraq və xarici ölkə şirkətləri arasında müsabiqə elan olunub.Nəcəf şəhərinin meri Adnan əl-Zorfi deyib ki, yekunda 78 milyon ABŞ dolları dəyərində olan layihənin reallaşdırılması Türkiyə şirkətlərindən birinə etibar edilib. Layihə yeni teatr, muzey və digər mədəniyyət müəssisələrinin inşasını nəzərdə tutur.