ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə şəxsi köməkçi Anjey Kaspşikin mandatını uzadıb.
ATƏT-ə sədrlik edən Qazaxıstan daim ATƏT-in Minsk prosesinə sadiq olduğunu ifadə edir və həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. |