SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Dünya bazarlarında qızılın qiyməti ucuzlaşdı
Qızılın unsiyasının dekabr ayına olan fyuçerslərinin qiyməti 0,2 faiz düşərək 1237,1 dollara təklif edilib.

Bu gün dünya bazarlarında qızılın qiyməti düşüb. Nyu-Yorkun Comex satış birjasında qızılın unsiyasının dekabr ayına olan fyuçerslərinin qiyməti 0,2 faiz düşərək 1237,1 dollara təklif edilib. Cari ay başlayandan qızıl 4,7 % bahalaşıb, aprel ayında isə metalın qiymətindəki artım 5,9 faiz təşkil edib. Qeyd edək ki, qızılın qiymətinə dünya iqtisadiyyatının zəif və qarışıq statistikası da təsir edib. Həmçinin bu yaxınlarda ABŞ-da istehlakçıların gəlirlərinin gözlənildiyi kimi 0,3 faiz deyil, 0,2 faiz artmasına dair məlumatlar da qızılın qiymətinə təsir edən əsas amillərdən biri hesab edilir. 2010-cu il başlayandan “qiymətli metal” 13% bahalaşıb. Qızıla olan marağın artmasına səbəb isə son dövrlər yaranan dünya maliyyə böhranı olub və sərmayədarlar etibarlı mənbə kimi qızıla daha çox üstünlük verirlər.



17:29 31/08 | 130 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Dünya bazarlarında qızılın qiyməti ucuzlaşdı | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox İQTİSADİYYAT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: İQTİSADİYYAT:
Türkiyə Azərbaycanla danışıqlara başladı


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur