SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
Mərakeşdə Azərbaycan mədəniyyəti təbliğ olunacaq

Bir neçə gün davam edəcək mədəniyyət günlərində daha çox mərakeşlinin iştirak etməsi üçün, tədbirlərin eyni vaxtda Krallığın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulur.



Mərakeş krallığında Azərbaycanın mədəniyyət günləri keçiriləcək. Bu barədə Mərakeşin mədəniyyət naziri Bensalim Himmiş Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, tədbirlər Mərakeşin bir neçə şəhərini əhatə edəcək. Oktyabr ayının üçüncü ongünlüyünə planlaşdırılan tədbirlər çərçivəsində Azərbaycan mədəniyyətinin fərqli sahələri ilə tanışlıq nəzərdə tutulub. Rəsm sərgilərinin, muğam axşamlarının rəqs konsertlərinin keçiriləcəyi gözlənilir. Krallığın mədəniyyət nazirinin fikrincə, mədəniyyət günləri mümkün qədər çox sahəni əhatə etməlidir.Bir neçə gün davam edəcək mədəniyyət günlərində daha çox mərakeşlinin iştirak etməsi üçün, tədbirlərin eyni vaxtda Krallığın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə turistlərin də tez-tez ziyarət etdiyi şəhərlər seçilib. Hazırda Azərbaycanın mədəniyyət günlərinin dəqiq proqramının tərtib edilməsi ilə bağlı Bakı və Rabat arasında danışıqlar davam edir.

 



16:04 31/08 | 178 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Mərakeşdə Azərbaycan mədəniyyəti təbliğ olunacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox MƏDƏNİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: MƏDƏNİYYƏT:
Məşhur rus rejissoru "Qara yanvar" adlı film çəkib


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur