SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

ANA XƏBƏR

  
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü elan olundu
26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub.

 



Bu barədə qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Festivalın Azərbaycan üzrə rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Mikayıl Hacıyev bildirib ki, bundan sonra hər il avqustun 26-da Niaqarada Azərbaycan muğamları səslənəcək. Avqustun 24-dən 28-dək isə Torontoda və Niaqarada keçiriləcək 12-ci beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisi və muğamı günləri təşkil olunacaq. Konsertlər çərçivəsində "Qarabağ şikəstəsi", "Cahargah", "Heyratı" muğamları ilə yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın "İpək yolu" kamera orkestrinin ifasında səsləndiriləcək. Musiqi günləri çərçivəsində ilk dəfə olaraq Toronto və Niaqara şəhərlərində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgilərinin də təşkili nəzərdə tutulur.



16:08 21/08 | 262 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü elan olundu | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox MƏDƏNİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: MƏDƏNİYYƏT:
Məşhur rus rejissoru "Qara yanvar" adlı film çəkib


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur