|
| Azərbaycan prezidenti Latviyanın xarici işlər nazirini qəbul edib. |
|
Azərbaycan prezidenti İlham Əliyev fevralın 24-də Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib. Görüşdə Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərin Azərbaycan-Avropa Birliyi əməkdaşlığı çərçivəsində önəmi qeyd olunub, Xəzəryanı dövlətlərlə Baltik dənizi ölkələri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. | | 14:56 24/02 | 9 dəfə oxunub 0 qeyd yazılıb |
|
| Beynəlxalq Böhran Qrupu İranla bağlı hesabat yaydı |
|
Mərkəzi qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Beynəlxalq Böhran Qrupu (BBQ) “Ağır sularda: İranın nüvə proqramı, döyüş riski və Türkiyədən dərslər” adlı hesabat yayıb. | | 12:25 24/02 | 55 dəfə oxunub 0 qeyd yazılıb |
|
| BMT'dən Əsəd rejiminə çox sərt hesabat. |
|
Birləşmiş Millətlər Təşkilatının təyin etdiyi Müstəqil Beynəlxalq İstintaq Komissiyası, Suriya təhlükəsizlik qüvvələrinin insanlıq cinayətləri işlədiyini iddia etdi. Hesabat, hadisələrdən məsul tutulan səlahiyyətlilərin adlarının olduğu gizli bir siyahı də ehtiva edir.
BMT-nin Suriya üçün təyin etdiyi komissiya Əsəd rejimi haqqında bir hesabat hazırladı. Hesabatda, Suriya təhlükəsizlik qüvvələrinin işlədiyi insanlıq günahlarından bəhs edilərkən, BMT İnsan Haqqları Şurasının da haqqlarında istintaq açılan kəslərin gizli siyahısını hazırladığı ifadə edilir.
SİYAHI Bəşər ƏSƏD'Ə uzanır.
Anadolu Agentliyinin xəbərinə görə, BMT mütəxəssisləri siyahıdakı adların prezident Bəşər Əsəd'ə qədər uzandığını eyham etdi. Hesabatda ayrıca Suriyadakı silahlı müxaliflərin də cinayətlər işlədiyi, ancaq, bunun təhlükəsizlik qüvvələrinin günahlarıyla müqayisə belə edilə bilməyəcəyi fikirinə yer verildi.
| | 18:47 23/02 | 29 dəfə oxunub 0 qeyd yazılıb |
|
| Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət edib. |
|
Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər!
XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının 20 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan edib. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.
Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanıyıb və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb.. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilib.
Azərbaycan Respublikası hazırda dünya təhlükəsizlik sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə mühüm rol oynayır. Harada baş verməsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edirik. Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaq.
Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.
Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq”. | | 17:16 23/02 | 57 dəfə oxunub 0 qeyd yazılıb |
|
| Türkiyənin Azərbaycandakı yeni səfiri bəlli oldu. |
|
Türkiyənin Azərbaycanda yeni səfiri təyin edilib. İsmayıl Alpər Coşkun Türkiyənin Azərbaycanda yeni səfiri olacaq. Qeyd edək ki, hazırda Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcdır. | | 14:48 23/02 | 107 dəfə oxunub 0 qeyd yazılıb |
|
| Azərbaycan prezidenti Türkiyənin daxili işlər nazirini qəbul edib. |
|
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili işlər naziri İdris Naim Şahin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında uğurla inkişaf etdiyi vurğulanıb, Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin Azərbaycana səfərinin bu sahədə əlaqələrin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin cinayətkarlığa qarşı birgə mübarizə, bu sahədə koordinasiyanın və informasiya mübadiləsinin önəmi qeyd olunub. Dövlət başçısı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını baş nazirə çatdırmağı xahiş edib. | | 14:15 23/02 | 50 dəfə oxunub 0 qeyd yazılıb |
|
|
|
|
|
|