Prezident İlham Əliyev Türkiyə prezident administrasiyasının baş katibini qəbul etdi
Tarix: 19.03.2010 Saat: 09:30
Mövzu: SİYASƏT


 

Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Türkiyə prezident administrasiyasının baş katibi Mustafa İseni qəbul edib.

 


Mustafa İsen Türkiyə prezidenti Abdulla Gülün salamlarını və Novruz bayramı münasibətilə təbriklərini Azərbaycanın dövlət başçısına çatdırıb. O, 1994-cü ildən başlayaraq Azərbaycana dördüncü dəfə səfər etdiyini deyərək ötən dövr ərzində Heydər Əliyevin və İlham Əliyevin rəhbərliyi altında Bakının və ümumilikdə Azərbaycanın böyük inkişafa nail olduğunu görməkdən məmnunluğunu dilə gətirib. Prezident İlham Əliyev A. Gülün salamlarına və Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirərək onun da salamlarını və bayram təbriklərini Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.







Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7949