Bolqarıstan parlamenti «erməni soyqırım»ının tanınmasını nəzərdə tutan qətnaməni müzakirəyə çıxara bilər.
«Haberx» xəbər verir ki, mühafizəkar «Nizam, qanun və ədalət» partiyası qətnamə layihəsini parlamentə təqdim edib. Partiyanın lideri Yane Yanev bildirib ki, məqsəd «ABŞ və İsveç kimi tarixi həqiqəti etiraf edən mövqe ortaya qoymaqdır». Xatırladaq ki, fevralın 7-də Bolqarıstanın «Ataka» partiyası da eyni təşəbbüslə çıxış etsə də, parlamentdən rədd cavabı almışdı. Qanunverici orqan sənədin qəbulunun Bolqarıstan-Türkiyə münasibətlərinə mənfi təsir göstərə biləcəyini bəyan etmişdi.
