Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Zeynulabdin ben Əliyə təbrik məktubu göndərib.
Məktubun mətnində deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm”. AzərTAc
