Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə Parisdə keçirdikləri görüşün nəticələri barədə hələlik mənə məlumat verməyiblər”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, həmsədrlərin növbəti addımlarını gözləməyi məsləhət görüb: “Düşünürəm ki, biz həmsədrlərlə əlaqə saxlayıb, son vəziyyəti müzakirə etdikdən sonra işimizi onların növbəti addımlarına uyğun quracağıq”. E. Nalbandyanın Ermənistanın da yenilənmiş Madrid prinsiplərini qəbul etdiyi barədə açıqlamasına münasibət bildirən E. Məmmədyarov bunları deyib: “Nalbandyan yenilənmiş Madrid sənədini qəbul etdiklərini bəyan edibsə, bu, həm Azərbaycan, həm Ermənistan, həm də həmsədrlərə danışıqları davam etdirmək və böyük saziş üzərində işə başlamaq üçün daha böyük imkanlar yaradır”.
