Novruz bayramı bu il yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçəcək
Tarix: 19.03.2010 Saat: 02:49
Mövzu: MƏDƏNİYYƏT


Əbülfəs Qarayev: "Bu il Novruz bayramı bir az fərqli keçiriləcək”.

Bu il Bakıda Novruz bayramı yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçəcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib. Nazir sabah Bakıda təşkil ediləcək təntənəli bayram şənliyi ilə bağlı bəzi açıqlamalar verib: "Bu il Novruz bayramı bir az fərqli keçiriləcək.Tədbirlər İçəri Şəhərdən başlayaraq müxtəlif istiqamətlərdə davam edəcək. Ayın 20-də şəhərimizin sakinləri bu bayramın iştirakçısı olacaqlar. Bu dəfə bayram mərasimlərinə bir neçə ölkənin təmsilçiləri də qatılacaq. Məsələn, İranın mədəniyyət nazirini və kollektivlərini gözləyirik. Ciddi hazırlıq gedir. Bütün rayonlardan nümayəndələr gələcək, mətbəxlərini, musiqilərini nümayiş etdirəcəklər".






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7941