Bill Klinton BMT-də təhlükəsizlik məsələləri üzrə məsləhətçi təyin edildi
Tarix: 17.03.2010 Saat: 21:43
Mövzu:


BMT-nin baş katibi Pan Gİ Mun təşkilatda bəzi kadr dəyişiklikləri edib.



AzərTAC-ın məlumatına görə, o, ABŞ-ın keçmiş Prezidenti Bill Klintonu təhlükəsizlik məsələləri üzrə məsləhətçi, Antoni Leyki isə qurumun Uşaq Fondunun (YUNİSEF) icraçı direktoru təyin edib. YUNİSEF-in yeni rəhbəri Antoni Leyk Bill Klintonun prezidentliyi dövründə təhlükəsizlik məsələləri üzrə məsləhətçi, ABŞ-ın hazırkı Prezidenti Barak Obamanın namizədlik kampaniyasında isə xarici siyasət üzrə məsləhətçi kimi çalışıb.

BMT-nin baş katibi Pan Gi Munun qərarı ilə Leyk 2005-ci ildən YUNİSEF-in icraçı direktoru olan An Venemanı əvəz edəcək. Baş katib Haitidə zəlzələdən xilas olan yüz minlərlə evsiz insana kömək ediləcəyini də bildirib. O, dünya ictimaiyyətini haitili insanlara yardımları artırmağa çağırıb.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7909