Kür çayında daşqın olub, 14 nəfər xilas edilib
Tarix: 17.03.2010 Saat: 02:13
Mövzu: CƏMİYYƏT


Kür çayında daşqın olub.




Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinin yaydığı məlumata görə, hadisə martın 16-dan 17-ə keçən gecə baş verib.

Məlumatda bildirilir ki, Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində yağan yağışlar nəticəsində daşqın əmələ gəlib və rayonun Aşağı Salahlı kəndinə yaxın ərazilər subasmaya məruz qalıb. Həmin vaxt qeyd olunan yerdə təsərrüfatla məşğul olan 14 nəfər köməksiz vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc Axtarış Qrupunun dalğıc-xilasedicilərinin və Gəncə Regional Mərkəzinin xilasedicilərinin köməkliyi ilə zərərçəkənlər xilas ediliblər.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7900