Saniyədə 10 meqabit sürəti ilə məlumatlar insan əlinə implantasiya edilmiş bir elektroddan 30 santimetrlik məsafədə yerləşən digərinə ötürülüb. İmplantasiya edilən nazik ötürücü-elektrodlar “Bluetooth” simsiz kannaları, xüsusən də “WiFi” rabitəsindən xeyli daha az enerji sərf edirlər. Məlumat ötürülməsi üçün alimlər kiçik tezlikli elektromaqnit dalğalardan istifadə ediblər. Yeni rabitə üsulunun tibdə geniş tətbiq olunacağı gözlənilir. Xüsusən də yeni üsulla qanda şəkər səviyyəsi və ürəyin elektrik fəallığı kimi vacib göstəriciləri stasionardan kənarda izləmək mümkün olacaq. Yeni texnologiyanın ideyası 5 il bundan əvvəl təqdim edilib, lakin onu tam reallaşdırmaq yalnız indi mümkün olub.
