Bakıda ağır yol qəzası baş verib-“Bakıelektrikşəbəkə”nin 2 əməkdaşı ölüb, 1-i xəsarət alıb
Tarix: 17.03.2010 Saat: 00:40
Mövzu: CƏMİYYƏT


Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.




APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, qəzada ölənlər “Bakıelektrikşəbəkə” ASC-nin əməkdaşlarıdır. 10 EK 707 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil Bakı-Astara yolunun 30-cu kilometrliyində, Sahil qəsəbəsi ərazisində təmir işlər aparan “Bakıelektrikşəbəkə” ASC-nin üç əməkdaşını vurub. Onlardan ikisi hadisə yerində dünyasını dəyişib, biri isə xəsarət alıb. 10 OZ 544 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil isə arxadan qəza vəziyyətini törədən “VAZ-2107”-yə çırpılıb. “Mercedes”də olan sərnişinlərdən biri də yüngül xəsarət alıb.

Məlumata görə, “VAZ 2107” markalı avtomobil yola aşıb və nəticədə yolda hərəkət dayanıb.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7898