"Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın vaxtda hansısa lazımi nəticə əldə olunacaq”
Tarix: 17.03.2010 Saat: 00:19
Mövzu: SİYASƏT


Azərbaycanda səfərdə olan Fransa Parlamentinin üzvü, senator Natali Qule bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, Natali Qule jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycana münasibətdə ATƏT-in Minsk Qrupunda üzərinə düşən öhdəliyi yerinə yetirir: “Fransa Minsk Qrupunun tərkibində aktiv fəaliyyət göstərir. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın vaxtda hansısa lazımi nəticə əldə olunacaq”.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu deyən N. Qule bu əlaqələrin qədimliyinə və möhkəmliyinə diqqət çəkib. Senator Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin dekabrında Fransaya səfər etdiyini, bu səfər çərçivəsində Faranda Senatında da görüşlər keçirdiyini xatırladıb.

Fransa Senatının qondarma “erməni soyqırımı”nı tanıması barədə suala cavabında isə N. Qule “Bu qanun qəbul edilən zaman mən hələ seçilməmişdim. Mənim burada heç bir məsuliyyətim yoxdur. Düşünürəm ki, tarix sadəcə, tarixçilər tərəfindən yazılmalıdır”, - sözlərini deyib.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7897