İrəvanın mərkəzində yürüş-mitinq keçirildi
Tarix: 16.03.2010 Saat: 07:22
Mövzu: DÜNYA


 

Ermənistanın müxalifətçi Erməni Milli Konqresinin təşkilatçılığı ilə bu gün Irevanın mərkəzində yürüş-mitinq keçirilib.



«Armenia Today»ın məlumatına görə, müxalifət tərəfdarlarından ibarət kütlə paytaxtın mərkəzi küçəsi ilə yürüş edərək, Avropa Şurasının İrəvan ofisinin qarşısına doğru irəliləyib. Məqsəd EMK-nin lideri, sabiq prezident Levon Ter-Petrosyanın məktubunu avropalı diplomatlara təqdim etmək olub. Məktub Avropa Şurasının baş katibinə ünvanlanıb. EMK-nin koordinatoru Levon Zurabyan bildirib ki, Avropa Şurası Parlament Assambleyasının monitorinq qrupu Ermənistan hakimiyyəti qarşısında islahatlar proqramının icrası vəzifəsini qoysa da, ötən 2 il ərzində bu istiqamətdə heç bir iş görülməyib. Müxalifətin tələbləri arasında bu öhdəliyə əməl edilməsi ilə yanaşı, növbədənkənar seçkinin keçirilməsi, siyasi məhbusların azad edilməsi, həmçinin «A1+» telekanalının açılması da var.







Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7887