Misir Mərdanov ali məktəb tələbələrinin xaricə qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Tarix: 16.03.2010 Saat: 02:20
Mövzu:


Təhsil naziri Misir Mərdanov ali məktəb tələbələrinin xaricə qaçırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Antenn.az - ın məlumatına görə, təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələrinin xaricə qaçırılmaları ilə bağlı suala cavabında bildirib ki, ona ADNA-nın 5 tələbəsinin 10 gündür dərsə gəlməməsi barədə məlumat verilib: "Mən bu məsələ ilə bağlı bir neçə ali məktəbin rektoru ilə danışmışam. Məlumat belədir ki, həmişə olduğu kimi, ali məktəb tələbələri arasında dərslərə mütəmadi gəlməyən tələbələr var".

Nazirin sözlərinə görə, ali məktəblərin daxili nizam-intizam qaydalarına görə, uzun müddət üzürsüz dərs buraxan tələbə ali məktəbdən xaric edilir. ADNA rəhbərliyi tələbələrdən 3-nü artıq ali məktəbdən xaric edib, 2-si ilə bağlı araşdırma aparılır.

Misir Mərdanov bununla bağlı ajiotaj yaratmağa ehtiyac olmadığını vurğulayıb. O qeyd edib ki, tələbənin on günlüyə harasa getməsi mümkündür.

Qeyd edək ki, bəzi KİV-də Bakı Dövlət Universitetinin 5, Azərbaycan Dövlət Neft Akademiyasının isə 3 tələbəsinin xaricə qaçırılmaları barədə məlumat dərc olunub. Həmin tələbələrin vəhabi təriqətinin üzvü olduqları, onların ərəb ölkələrindən birinə aparıldıqları bildirilir.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7878