Martın 22-də Nikosiya şəhərində güllə atıcılığı üzrə “Kipr Qran-pri” beynəlxalq yarışları başlanacaq. Gənclər və yaşlı idmançılar arasında keçiriləcək yarışlarda dubl-trap, skit və trap üzrə mükafatlar uğrunda mübarizə aparılacaq. Azərbaycanı həmin mötəbər yarışlarda Elvin İsmayılov, Regina Meftəhəddinova, Emin Cəfərov, İnqilab Şahbazov, Nurlanə Cəfərova, Xanhüseyn Bağırov, Mehman Novruzov və Elçin Babayev təmsil edəcəklər. Yarışlara dünyanın 20-dən çox ölkəsindən idmançılar qatılacaq. Azərbaycan yığma komandası hazırda Kiprdə təlim-məşq toplanışındadır.
