Kipr Respublikasının “Vision İnternational People Group Publik Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyi “VisionAzərbaycan” MMC-nin təsisçisi və direktoru həbs olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehriban Tərlənova xarici ölkələrdə istehsal olunan, mənşəyi məlum olmayan aktiv bioloji qida əlavələrini tərtib edilmiş saxta sənədlər əsasında satarkən yaxalanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
