Dmitri Medvedev Türkiyəyə səfər edəcək
Tarix: 13.03.2010 Saat: 01:49
Mövzu: SİYASƏT


Rusiya prezidenti Dmitri Medvedev mayın 11-13-də Türkiyəyə səfər edəcək.

Türkiyənin «Zaman» qəzeti xəbər verir ki, səfər çərçivəsində müzakirə ediləcək məsələlər arasında Dağlıq Qarabağ münaqişəsi də var. Bundan başqa, Kreml sahibinin Ankarada keçirəcəyi görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, ikitərəfli əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin 100 milyard dollaradək artırılması yolları, viza rejiminin aradan qaldırılması və sair məsələlər diqqət mərkəzində olacaq.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7835