Türkiyə prezidenti “Nabukko” ilə bağlı qanun layihəsini təsdiqlədi
Tarix: 10.03.2010 Saat: 22:08
Mövzu: İQTİSADİYYAT


Türkiyə prezidenti Abdullah Gül Avstriya, Bolqarıstan, Rumıniya və Türkiyə arasında “Nabukko” layihəsi ilə bağlı müqaviləyə dair qanun layihəsini təsdiqləyib.

Türkiyə prezidentinin mətbuat xidmətinin məlumatına görə, qanun Nazirlər Kabinetinə göndərilib. Sənəddə bildirilir ki, “Nabukko” layihəsi çərçivəsində Türkiyənin şərq və cənub sərhədlərindən təbii qazın Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan vasitəsilə Avstriyaya çatdırılması üçün boru xətti inşa ediləcək.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7784