İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Bakıya gəldi
Tarix: 10.03.2010 Saat: 09:12
Mövzu: İQTİSADİYYAT


İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri Xəzərdə təhlükəsizlik məsələlərinə dair iclasda iştirak etmək üçün çərşənbə günü Bakıya gəlib.



 

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib. Qeyd edək ki, 11-12 mart tarixlərində Bakıda Xəzərsahili ölkələrin xarici işlər nazirləri müavinləri səviyyəsində növbəti iclasın keçirilməsi planlaşdırılır. Görüşdə nazir müavinləri ilə yanaşı, Sərhəd Xidməti, Gömrük Xidməti, DİN, FHN nümayəndələri də iştirak edəcək. Belə ki, görüş zamanı təhlükəsizlik məsələsi də müzakirə olunacaq. Trend







Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7781