Prezident İlham Əliyev martın 10-da RWE şirkətinin İdarə Heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Almaniyanın RWE şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması münasibətilə qonağı təbrik edib. Energetika sahəsində Azərbaycanın 15 ildən artıq beynəlxalq əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirən prezident İ. Əliyev bu müddət ərzində bütün layihələrin uğurla icra olunduğunu qeyd edib. Öz növbəsində, qonaq Azərbaycan Dövlət Neft Şirkəti ilə Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasını gələcək əməkdaşlığın yaxşı başlanğıcı kimi qiymətləndirib və əməkdaşlığın uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
