Bakıda orta məktəb binası yanır
Tarix: 10.03.2010 Saat: 07:36
Mövzu: CƏMİYYƏT


 

Bu gün Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 67 saylı orta məktəbdə yanğın baş verib.



Yanğın üçmərtəbəli məktəb binasının 3-cü mərtəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın məktəbdə dərs zamanı başlasa da, hadisə nəticəsində yanan və xəsarət alan olmayıb. Məktəbin bütün kollektivi vaxtında binadan təxliyyə olunub. Hadisə şahidlərinin verdiyi məlumata görə hazırda məktəbdə yanğın davam edir və küləyin təsirindən daha da güclənir. FHN-nin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğının qarşısı alınır. Hadisənin səbəbi bilinmir.







Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7779