Ermənistanlı nümayəndənin təqdim etdiyi xəritədə siyasi yanlışa yol verilib.
Birləşmiş Millətlər Təşkilatının Qafqazın ekologiyası ilə bağlı sənədlərində Dağlıq Qarabağ muxtar vilayət kimi göstərilib. Gürcüstan paytaxtında keçirilən ekologiya tədbirində BMT-nin Ermənistandan olan nümayəndəsinin təqdim etdiyi xəritədə Dağlıq Qarabağ muxtar vilayət kimi göstərilib. BMT-nin erməni nümayəndəsi Naira Aslanyan Ermənistan ekologiyasından bəhs edən çıxışı zamanı təqdim etdiyi xəritədə siyasi yanlışa yol verilib. Lent.az-ın müxbiri xəritə barədə soruşduqda “Bu, BMT-nin rəsmi sənədi deyil. Xəritəni biz hansısa saytdan götürmüşük. Məsələni dəqiqləşdirməyə çalışacağam” - deyə Naira Aslanyan bildirib. Hadisə martın 10-da Tiflisdə keçirilən “İqlim dəyişikliklərinin Qafqaz ölkələrinin inkişafına təsiri” seminarında baş verib.
